Azərbaycanlı müğənni Qazaxıstanda musiqi yarışmasında

  • 02.10.2017
  • 0

Beynəlxalq layihələrdə Efendi adı ilə təqdim olunan azərbaycanlı müğənni Samirə Əfəndiyeva Qazaxıstanda təşkil olunan müğənni “Silk Way Star – 2017” musiqi yarışmasına qatılıb. Oxu.Az xəbər verir ki, layihənin yaradılmasında məqsəd Böyük İpək Yolunun birləşdirdiyi türkdilli ölkələrin mədəniyyət və xalqlarının musiqi vasitəsilə ənənəsinin inkişafına kömək etmədir. Bir neçə ay ərzində doqquz ölkə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Azərbaycan, Gürcüstan, Tatarıstan və Başqırdıstandan olan müğənnilər yarışmada iştirak edəcək.

Nə düşünürsən?