Ana olmağa hazırlaşan Oksana həyatını dəyişən gizli şəxsdən yazdı

  • 21.06.2018
  • 0

"Yanında səni xoşbəxt edən insan varsa, hər şeyə dözmək və öhdəsindən gəlmək olar". BiG.AZ xəbər verir ki, bu sözləri ana olmağa hazırlaşan rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə paylaşıb. Keçmiş həyat yoldaşı, reper Elşad Xosedən ayrıldıqdan sonra verdiyi müsahibələrdə həyatında heç kim olmadığını deyən aktrisa #love (sevgi) həştəqi qoyduğu bu paylaşımı ilə artıq tək olmadığını elan edib. Qeyd edək ki, keçən ay rəqqasənin süni mayalanma yolu ilə hamilə qaldığı xəbəri yayılmışdı. Uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzən, instaqram hesabında da yeni fotolar paylaşmayan O.Rəsulova hamilə olması xəbərini təsdiq edib. Lakin o, süni mayalanma yolu ilə ana olacağı xəbərinin yalnış olduğunu söyləyib. Əldə etdiyimiz məlumata görə, rəqqasənin dünyaya gələcək övladının atası adını gizli saxladığı sevgilisidir. Yeri gəlmişkən, reper Elşad Xose də bir neçə gün əvvəl istirahət məkanında bir xanımla səmimi söhbət edərkən görüntülənib. Daha sonra Elşad Xose həmin xanımla fotosunu paylaşaraq "Əl-ələ verib getdilər mikrorayon tikməyə" sözlərini qeyd edib. Azərbaycan şou-biznesinin Leyli və Məcnunu adlandırılan Oksana və Elşad bununla da münasibətlərinin tamamilə bitdiyi mesajını veriblər. big az

Nə düşünürsən?