Zakir Həsənov - "Artıq ordumuz Laçına gedən yola nəzarət edir"

  • 20.06.2018
  • 0

Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib: "Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur". Z.Həsənov bildirib: "Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir". Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.

Nə düşünürsən?