Açıq-saçıq fotolarını paylaşan aparıcı: “Lüt gəzir, heç baxan da yoxdur”

  • 19.06.2018
  • 0

Aparıcı Şəbnəm Həsənova Bakı metrosunda sərnişinlərin narazılığına səbəb olan “şortik qalmaqalı”na reaksiyasını açıq-saçıq fotolarını paylaşmaqla bildirib. O, qısa şortikdə fotolar çəkdirərək sosial şəbəkədə paylaşıb və bu sözləri yazıb: “Di keçin hücuma, gözləyirəm. Evdə döyənim yoxdur. Qardaşlarım, analarım, atalarım, hardasınız? Gəlin, döyün məni”. Yenicag.az-a açıqlama verən aparıcı belə fotoları qəsdən paylaşdığını deyib: “Qəsdən bu fotolarımı paylaşdım. Əslində o qızın geyimini müzakirə etmirəm. Məni qəzəbləndirən o qızı mühakimə edən və o həddə çatdıranlardır. Həmin videonu paylaşan o əxlaqsız, o şərəfsizdən yazmışam. Evindən-eşiyindən xəbəri yoxdur, kiməsə əxlaq dərsi keçir. İnsanların kiminsə azadlığına rahatlıqla burun soxması məndə qıcıq yaradır. Hansı yaşıma qədər başqasının diktəsiylə oturub-durmalıyam? Bəs özümü nə vaxt düşünməliyəm? Bu cəmiyyətin ağsaqqallı-ağbirçəkli, hamısının problemi var. İstisnalar olmaqla. Həmin videonu çəkib paylaşan o şərəfsiz heç də nümunə deyil. Məsələyə Azıx mağarası səviyyəsində münasibət bildiririk. Hərçənd, o mağarada lüt gəzirdilər, heç baxan da yox idi”.

 

Nə düşünürsən?