Damla hansı tanınmış müğənninin əri ilə sevgili olub?

  • 19.06.2018
  • 0

“Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur. Axşam.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir. Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edir. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək. Onu da əlavə edək ki, bu, 37 yaşlı “Keyxanım”ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu. ------------+ Xalq artisti Zülfiyyə Xanbabayeva yeni fotosessiya etdirib. Axşam.az-ın məlumatına görə, müğənni çəkilişdən fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. Xanbabayeva fotonun altından əynindəki libasın ona aid olduğunu qeyd edib: "Geyim Z.X-ya məxsusdur. Hələ ki, özüm üçün". -------------+ 2 il əvvəl rejissor Fuad Əlişovdan ayrılan aktrisa Sevinc Əlişova ikinci dəfə ailə həyatı qurur. Axşam.az xəbər verir ki, "ATV maqazin 10larla"ya açıqlama verən aktrisa toyunu mediadan gizli saxlamaq istədiyini bildirib: "Heç vaxt demə ki, heç vaxt". Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm". Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var. ----------------+ 50 yaşını tamamlayan səbəbkar təəssüratlarını Yenicag.az-la bölüşüb: “İlk təbriki dünən gecə saat 12-də ailə üzvlərimdən aldım. Dilarə öz əli ilə bişirdiyi tortun üstünə adımı yazıb, qızlarımla bərabər məni təbrik etdi. Sonra 30 illik dostum Siyavuş Hüseynli, Əsəd İsmayılov, İman Məcidov, Müşfiq Hətəmov, Elman Rəfiyev təbrik etdi. Təmtəraqlı olmasa da, doğum günümü dostlarla qeyd edəcəyik”. O.Əliyev indiyə qədər ən yadda qalan doğum gününü xatırlayıb: “Ən yadda qalan doğum günüm on yaşımda İrəvanda, şəhərin mərkəzində yerləşən evimizdə olub. İndi həmin ev də yoxdur, o məclisdə iştirak edən adamların bəziləri də. Yadımdadır ki, mənə çoxlu hədiyyələr gətirmişdilər. İki hədiyyəni xüsusilə bəyənmişdim: 7 musiqi səslənən elektron saat və velosiped”. -------+ Xalq artisti Aygün Kazımova və Rauf -40 dərəcə “ATV maqazin onlarla”ya müsahibə veriblər. Axşam.az-ın məlumatına görə, Rauf xalq artistini yeni titula layiq görüb: “Bu elə bir tituldur ki, onu hər kəsə demirlər. Aygün xanım layiqdir deyə, “Lady boss” demək olur”. Sənətçi də öz növbəsində Raufu şou-biznesin ən yaxşı rəqs edən müğənnisi adlandırıb: “Mən şou- biznes tarixini bilən biri kimi deyə bilərəm ki, Rauf ən yaxşı rəqs edən müğənnidir. Bizdə səhnədə rəqs edən müğənnilər Faiq Ağayevdir, Rəhim Rəhimlidir. Gənclər arasında isə ən yaxşısı Raufdur”. ------------+ "Natiq Ritm" qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun qardaşı Namiqin toyudur. Axşam.az xəbər verir ki, Bakıda şadlıq saraylarından birində keçirilən tədbirə məşhurlar da dəvət olunub. Məclisdən fotolar artıq sosial şəbəkələrdə paylaşılıb. ---------------+ Müğənni Afaq Aslan həmkarı Damla barəsində tənqidi fikirlər səsləndirib. BAKU.WS-in məlumatına görə, "Düz bazar" verilişinə qonaq olan A.Aslan Damlanın ünvanına bu sözləri deyib: "Dəfələrlə mənə Damla haqda sual veriblər. Mənə maraqlı olmadığı üçün ona cavab verməmişəm. Mən özünə hörmət qoyan, kameraya oynamayan insan haqda çıxıb fikir bildirərəm. Mən bilirəm ki, sən o deyilsən. O, həyatda tamam başqa, kamera önündə isə başqadır. Çıxıb deyir ki, mənim uğurlarımın üzərində heç bir kişinin imzası yoxdur. Mənsumə adını onun üzərindən götürüb, Damla adını verən və sənətə gətirən Rəhman Əliyev olub. Sən onun proyekti və məşuqəsi olaraq gəlmisən bu sahəyə. Damla rol oynuyur. Bir insan ki, onu əlindən tutub sənətə gətirən, ilk addımlarında yanında olan, hətta səhnə adı olan Damla adını ona verən insanın əməyini və əziyyətini yerə vurub hər yerdə deyirsə mənim heç bir uğurumun altında kişi imzası yoxdur, mən əmək itirən bir insan haqqındə nə fikir söyləyə bilərəm?

Nə düşünürsən?