Roza Zərgərlinin qucağında oturduğu bu şəxs kimdir?

  • 16.06.2018
  • 0

"Maşın" şouya qatıldıqdan sonra haqında qalmaqallı xəbərlərin bitib-tükənmədiyi müğənni Roza Zərgərlinin arxiv fotosu sosial mediada müzakirələrə səbəb olub. . Hüseyn Əzizoğlu şouda Roza Zərgərliyə ana dedikdən sonra sözügedən foto yenidən montajlanaraq tirajlanıb. Fotoda Roza Zərgərli bir kişinin qucağında seksual poz verib. Sosial mediada hər kəsi bir sual maraqlandırıb "şəkildəki kişi kimdir?". Bu barədə müğənni Roza Zərgərli hələ 2015-ci ildə açıqlama verərək fotonun montaj olduğunu bildirmişdi. O, həttə həmin şəkili tirajlayan saytı da məhkəməyə vermişdi. Həmin açıqlamanın mətnini sizə təqdim edirik:. "Bir neçə xəbər portalı barəmdə həqiqəti əks etdirməyən yazılar dərc ediblər. Montaj olunmuş şəkil paylaşaraq, mənim imicimə zərbə vurmağa çalışırlar. Bu şəkillər 2013-ci ildən etibarən sosial mediada yayılıb. Amma fotolardakı mən olmadığıma görə susmuşam. . Görürəm ki, susmağım bəzilərinə sərf edib. Demək istəyirəm ki, bu fotolar montajdır. Həmin şəkilləri mənim adıma çıxan bəzi saytlar isə məhkəmə qarşısında cavab verməli olacaq. Maraqlıdır ki, mən yeni bir layihə təqdim edən kimi barəmdə qara piara başlayırlar. . Demək olar ki, mən bu yay dincəlmədim. Azərbaycanımızın gözəl guşələrində konsertlər verdim. Yay turnesi çərçivəsində bir neçə rayonda da konsertlərim nəzərdə tutulub. Yəni şou-biznesdə olan düşmənlərimə demək istəyirəm ki, bu cür qara piarlarla mənə təsir edə bilməyəcəksiniz. Allah hər şeyi görür"..

Nə düşünürsən?