Ermənilər TƏŞVİŞDƏ: Ordumuz cəhbə boyu yığılır

  • 15.06.2018
  • 0

Azərbaycan ordusunun təmas xətti boyu aktivliyini artırması Qarabağ separatçılarının narahatlığını artırıb. Qondarma rejimin "prezident aparatının rəhbər müavini" David Babayan 2016-cı ilin aprelindən bəri cəbhədə ən gərgin situasiyanın yarandığını elan edib. "Aprel ayından başlayaraq, Azərbaycan ordusunun hissələri cəbhənin bütün istiqamətlərində cəmləşirlər. Bakı yaxud Şamaxıda daimi dislokasiya yeri olan hərbi hissələr təmas xəttinə yaxınlaşıblar. 2016-cı ilin aprelindən bu müşahidə olunmurdu". Babayan Azərbaycan ordusunun xüsusən, təmas xəttinin şərq istiqamətində aktivləşdiyini vurğulayıb. /modern.az

Nə düşünürsən?