Hərbi ekspert mesaj verdi: "Qarabağda müharibə qaçılmazdır"

  • 14.06.2018
  • 0

“Cənubi Qafqaz regionunda balansı istənilən ciddi müasir silah alışı zədələyə bilər”. Bu barədə Rusiya Siyasət və Hərbi Analiz İnstutinin direktor müavini Aleksandr Xramçixin bildirib. O, Azərbaycanın Belarus istehsalı olan “Polenez” sistemi almasını şərh edərkən belə deyib. Onun fikrincə, bu Bakının hərbi əməliyyatlar üçün öz qüvvəsini artırdığını göstərir. Xramçixin hesab edir ki, Qarabağda hərbi əməliyyatların bərpası vaxtdan asılı olmayaraq qaçınılmazdır. Səbəb isə odur ki, münaqişə tərəflərinin mövqeləri hələ də üst-üstə düşmür və hərbi müdaxiləsiz problemi həll etmək olduqca çətindir. “Bu yolla Azərbaycan asanlıqla radikal addımlar ata bilər. Xüsusi ilə Bakının böyük canlı qüvvə və texnikaya sahib olduğu bir zamanda. Onun həm də keyfiyyətli üstünlüyü var - Hərbi Hava Qüvvələri". Hərbi ekspertin sözlərinə görə, Bakıda “Polonez”ləri Ermənistanın “İsgəndər”inə cavab kimi görürlər. "Bakı strateji dərinliklərdə yerləşən obyektləri belə məhv edə biləcək vasitələrə sərmayə qoyur. “Polonez”in alışı da bu konsepsiyadadır

Nə düşünürsən?