Çində yaralı bəbir kəndə girdi

  • 14.06.2018
  • 0

Çində yaralı bəbir yemək axtarmaq üçün kəndə girib. Yırtıcının görüntülərini NDTV portalı yayıb. 

Oxu.Az xəbər verir ki, hadisə iyunun 12 Sıçuan bölgəsinin Nyaqronq kəndində baş verib. 

Gözündən yaralanmış bəbir bir neçə evə və maşına hücum edib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Yırtıcını tutmaq üçün yerli meşə idarəsinin 10 əməkdaşı lazım olub. Heyvan tutulduqdan sonra baytarlığa aparılıb. 

Çində bəbirlər dövlət tərəfindən müdafiə olunur. 

Nə düşünürsən?