Azərbaycanda hökm sürən soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

  • 12.06.2018
  • 0

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. BiG.AZ saytı bu cür qeyri-sabit hava şəraitinin nə zamana kimi davam edəcəyi ilə maraqlanıb. Bununla bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkədə qeyri-sabit hava şəraiti davam edir: “Qərbdən hərəkət edən soyuq hava kütləsinin təsiri nəticəsində ölkə ərazisində hava şəraiti dəyişmiş, şimşək çaxmış, yağış yağmışdı. Bəzi rayonlarda leysan xarakterli yağışlar intensiv olub. Yağan yağışlar nəticəsində çaylarda sululuq miqdarı artıb. Belə bir hava şəraiti iyunun 13-nə kimi davam edəcək. İyunun 13-də gündüz saatlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, əksər rayonlarda yağmursuz hava müşahidə olunacaq. İyunun 14-ü və 15-i bölgələrdə hava yağmursuz olacaq. Paytaxtda da yağmurlu və qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır. Sabah günorta saatlarından paytaxtda da zəyif cənub-şərq küləyi müşahidə olunacaq. İyunun 14-ü və 15-də də paytaxtda yağmursuz hava şəraiti gözlənilir. Temperaturda da bu günlərə nisbətən yüksəlmə müşahidə olunacaq”.

Nə düşünürsən?