Hüseyn Əzizoğlu ilə Pərvin Abıyeva arasında mübarizə başladı

  • 10.06.2018
  • 0

Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir. BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Hüseyn Əzizoğlunu SMS səsverməsinə çıxaqrıblar. Tamaşaçılardan səs istəyən Hüseyn Əzizoğlu ötən gün Pərvin Abıyeva ilə arasında baş verən qalmaqla son qoymaq istədiyini bildirib. Yəni hədəf olaraq Pərvin Abıyevanı seçib. Beləliklə maşın uğrunda Hüseyn Əzizoğlu ilə Pərvin Abıyeva arasında mübarizə başladı. İki saatın sonunda kimin qalib olacağı bəlli olacaq. Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 1.Aytən Səfərova (aparıcı) 2.Hüseyn Əzizoğlu (video blogger) 3.Uran (reper) 4.Pərvin Abıyeva (aktrisa) 5.Abbas Bağırov (müğənni) 6.Roza Zərgərli (müğənni) Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Əli Mirəliyev isə Pərvinlə mübarizədən məğlub ayrıldı. Ruhəngiz Musəvi isə Roza Zərgərli tərəfindən ötən gün şoudan kənarlaşdırıldı.