Marneulidə zibilliyə atılan yumurtalardan cücə çıxdı

  • 10.06.2018
  • 0

Facebook sosial şəbəkəsində paylaşılan videodan yüzlərlə cücənin çöllükdə qaçışdığını görmək olur. Video matrial sakinlər tərəfindən qeydə alınıb.

Videonun Marneuli rayonun "Qara dağ" ərazisində yerləşən mal bazarının yaxınlığında qeydə alındığı bildirilir.

Yayımlanan video materialda bildirilir ki, bir neçə gün öncə toyuq yumurtaları həmin əraziyə atılıb və sonradan yumurtadan cücələr çıxıb. Yumurtaların o əraziyə nə səbəbdən atıldığı məlum deyil.

Araşdırmamız davam edir.

Mənbə: "Marneuli" Radiosu