İbrahimoviçdən növbəti dubl

  • 10.06.2018
  • 0

“Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç ABŞ çempionatında növbəti qollarını vurub.

Offsideplus.az xəbər verir ki, isveçli forvard 14-cü turun “Real Solt-Leyk”lə matçında dubl edib. Görüşün 61-ci dəqiqəsində hesabı açan təcrübəli futbolçu 6 dəqiqə sonra ikinci topu rəqibin qapısından keçirib. Oyunda son nöqtəni isə Ola Kamara qoyub və qarşılaşma “Los-Anceles Qelaksi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nə düşünürsən?