Xoşqədəmin verilişindən sonra özünü öldürən OĞLAN: "O qızla internetlə tanış olmuşdum"

  • 09.06.2018
  • 0

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. Bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb. Bildirilir ki, öldürülən qadın hamilə olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Unikal.org- xəbər verir ki, intihar edəm Yusifov Yolçu Adışirin oğlu dünən verilişdə bildirib ki, Atsubayeva Ayqul Almaz qızı ilə internet vasitəsilə tanış olub və onunla Qazaxıstanda 10 ay kirayədə yaşayıb və bundan sonra Bakıya gəliblər: "Özü biznesmen idi. Bakıda da tanışları olub. Mənimlə Bakıya gəldi və bundan sonra hava limanında mənimlə ayırldı”. Daha sonra veriliş zamanı Xoşqədəmin və qızın qardaşının suallarını cavablandıran Yolçu Yusifov şübəhələrlə dolu çıxışlar edib. O, qızın qəzaya düşdüyünü, gah da Moskvaya getdiyini bildirib. Bundan sonra "çıxılmaz” vəziyətdə qaldığını deyən Yolçu Yusifov qızın qardaşlarından 11 milyon qazax pulu tələb edib. Guya məqsədi qızın müalicələrinə xərcləyəcəkmiş. unikal org

Nə düşünürsən?