"Üzeyir Mehtizadədən xahiş etdim ki..." - Çinarə Məlikzadə

08.06.2018 | 6 | 0

ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonaqları müğənnilər Üzeyir Mehdizadə, Çinarə Məlikzadə və aktyor Məcid Hüseynov olub. 

Milli.Az xəbər verir ki, aktyor Çinarə Məlikzadəyə daha tanınmış olmaq üçün bəzi məsləhətlər verib:

"Üzeyirə iş üçün xahiş etmək pis bir şey deyil. Mən bu sahədə olsam, ondan xahiş edərəm ki, qardaş, mənə bir söz-musiqi yaz. Mən inanıram ki, tək mən yox, kim desə, sözünü yerə salmaz".

Çinarə Məlikzadə isə aktyorun bu məsləhətini cavabsız qoymayıb: "Artıq xahiş etmişəm".

Nə düşünürsən?