Tramp ilk dəfə iftar süfrəsi açdı

08.06.2018 | 1 | 0

ABŞ prezidenti Donald Tramp vəzifəsinə seçildikdən sonra ilk dəfə Ağ Evdə iftar süfrəsi açıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Amerikadakı müsəlman cəmiyyətinin təmsilçiləri və müsəlman konqress üzvlərindən ibarət 40-dək insan iftara qatılıb. Trampın səyahət qadağası siyasətinə etiraz edən bəzi müsəlman qrupların nümayəndələri Ramazan süfrəsinə qatılmayıb.

Ağ Ev rəhbəri iftarda "Dünyadakı bütün müsəlmanların Ramazanı mübarək! Burada toplaşaraq dünyanın ən böyük dinlərindən birinin müqəddəs ənənəsini qeyd edirik. Burada olmağınız qürurvericidir" deyib. 

Xatırladaq ki, Donald Tramp ötən il keçmiş prezidentlərin ənənəsini pozaraq iftar verməmişdi. 

Nə düşünürsən?