Bu klip sutkaya 7 milyondan çox baxış toplayıb

  • 08.06.2018
  • 0

18 yaşlı müğənni Aleyna Tilki təəccübləndirməyə davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Yalnız çiçek" adlı mahnısına klip çəkib.

Rejissorluğunu özü etdiyi ekran işi "Youtube"da sutkaya 7 milyon 500 min baxış toplayıb.

Sosial şəbəkədə Aleynanın bu məharətinə müğənni Demet Akalın münasibət bildirib. O, klipi Tilkinin çəkdiyinə inanmayıb və deyib:

"Əgər bunu həqiqətən də Aleyna çəkibsə, onda ona klip çəkdirən növbəti insan mən olacam".

Qeyd edək ki, mahnının söz və musiqisi Yıldız Tilbeyə aiddir.

Nə düşünürsən?