Aytən Səfərova “Maşın” şouda qalmaqal yaşadığı şəxslə bağlı BUNU ETDİ

  • 07.06.2018
  • 0

“Maşın”ın sevilən iştirakçısı və aparıcı Aytən Səfərovanın instaqram hesabında Xalq artisti Ramiz Novruzla səmimi fotosu paylaşılıb. Publika.az xəbər verir ki, fotoya “Bütün incikliklər şouda qalır. İki böyük insan” sözləri yazılıb. Xatırladaq ki, şou zamanı R.Novruzun oğlu Cavidan Novruzla Aytən arasında qalmaqal yaşanmışdı. Cavidan səsverməyə çıxanda hədəfinin Aytən Səfərova olduğunu elan etmişdi. Atası Ramiz Novruz da Cavidanı dəstəkləmək üçün verilişə gəlmiş, hətta onu sevənlərdən sevgilərini maddiləşdirməyi və oğlunun yarışmada qalması üçün səs göndərməyi xahiş etmişdi. Aytən Səfərova Xalq artistinin bu addımına belə cavab vermişdi: “Mənim valideynlərim burada deyil. Lakin əminəm ki, onlar bu gün zalda olsaydı, bizim ikimizi də dəstəkləyərdi, ayrı-seçkilik etməzdi”. Aytən və Cavidan mübarizəsində aktyor aparıcıya məğlub olaraq oyunu özü tərk etmişdi.

Nə düşünürsən?