Bayraq meydanını sökürlər

  • 07.06.2018
  • 0

Öncə bayraq və dirək yığışdırıldı, sonra isə Bayraq Meydanı sökülməyə başalandı.

“Bizim Yol” xəbər verir ki, bu gün günorta saatlarından Dövlət Bayrağı Meydanından söküntü işlərinə başlanılıb. Əraziyə ağır texnika cəlb olunub və Meydanın bir hissəsi qazılıb.
Mühafizə xidmətinin əməkdaşları jurnalisti Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin ərazisinə daxil olmasına icazə verməyiblər.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı və bayrağın qaldırılması mərasimi olub. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni – 35 metr, uzunluğu – 70 metrdir və 2450 kvadratmetr sahəni əhatə edir.

Nə düşünürsən?