Kürdəmir rayonunda barama tədarükünə başlanılıb

  • 07.06.2018
  • 0

Bu gündən Kürdəmir rayonunda barama tədarükünə başlanılıb. Məhsulu kümçülərdən Şəki İpək ASC-nin nümayəndələri qəbul edir.
Kənd sakinləri əlavə xərc və əziyyət çəkmədən bir aydan bir qədər çox barama qurdlarını tut yarpagı ilə qidalandırırlar. Görülən  işlərin  nəticəsində  və  tədarük    olunan   məhsulun    müqabilində   yüksək   gəlir   əldə   olunur.   Artıq   Kürdəmir  rayonunda  kümçülər  işlərini  başa vurmaq üzrədilər.
Bu  il  rayonda  kümçülərə  520 (9880qr) qutu  barama  qurdu verilib. Barama qurdu  25  kənd  olmaqla  195 ailəyə paylanılb.  Rayonun Qaramahmudlu,  Sovla , Qarasaqqal, Carlı,  Yenikənd,  Köhünlü,  Qocalı və digər kəndlərində daha çox barama yetişdirlib. Artıq kənd sakinləri ərsəyə  gətirdikləri  məhsulun bar bərəkətini görməyə başalyıblar. Məhsulun tədarükü Kürdəmir rayon Kənd Təsərrüfatı idarəsinin həyətində  Şəki İpək ASC tərəfindən aparılır.
Bütövlükdə bu il rayonda 20,8 ton barama tədarükü nəzərdə tutulub.

Nə düşünürsən?