Moskvada “miqrant ovu” saxlanılanlar arasında yüzlərlə azərbaycanlılar da var

  • 07.06.2018
  • 0

Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb. Moskvadakı soydaşlarımızin musavat.com-a verdiyi məlumata görə, bu gün səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir. Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir. Mənbəmizin dediyinə görə, reydlər bir neçə gün sonra Rusiyada başlanacaq futbol üzrə dünya çempionatı ilə bağlıdır. “Bu reydlər təkcə Moskvada yox, çempionatın baş tutacağı digər şəhərlərdə də aparılacaq” deyə mənbəmiz bildirib. musavat com

 

Nə düşünürsən?