Karius finaldakı səhvlərindən sonra ən ağır cəzasını aldı

  • 07.06.2018
  • 0

Çempiyonlar Liqasının finalında etdiyi səhvlər sonrası qapısında gördüyü qollara görə ölümlə təhdid edilən "Liverpul"un çərçivə qoruyucusu Loris Kariusu sevgilisi - İngilis model Lanthe Rose Cochrane-Stack tərk edib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ingilis polisi təhdidlər sonrası araşdırmalara başladıqlarını açıqlasa da, Kariusa bir zərbə də sevgilisindən gəlib. İngilis model Kariusa gələn təhdidlərdən cana yığılıb, münasibətlərini bitirmək qərarı verib.

Qeyd edək ki, "Real Madrid" ÇL-nın finalından "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək, Zidanın rəhbərliyi altında ardıcıl 3-üncü dəfə qitənin ən güclüsü oldu.

Nə düşünürsən?