"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA

  • 07.06.2018
  • 0

Universitet xəyalları ilə İstanbula gələn və fahişəliklə məşğul olan dəstənin əlinə düşən 20 yaşlı gənc qızın açıqlaması eşidənləri dəhşətə gətirib.

Milli.Az Sabah-a istinadən xəbər verir H.Y. "Bakirəyəm dedim, amma dinləmədilər. 4 min lirə qarşılığında 50-60 yaşlı bir kişiyə məni satdılar" deyib.
 
Sivasda bir liseyin tibb bacısı bölümündən məzun olan 20 yaşlı H.Y. İstanbulda qəbul olduğu universitetə maddi səbəblərdən gedə bilməyincə bir ticarət mərkəzində işə başlayıb. H.Y. bir rəfiqəsinin vasitəsi ilə Y.A. adlı qadınla tanış olub.

Tələbə qız qollarını ona açan qadının evində qalmaq dəvətini qəbul edib, ancaq bir müddət sonra "bu evə xeyirin dəyməlidir" bahanəsiylə fahişəlik etməsi yönündə təzyiqlərə məruz qalıb. Bakirə olduğunu və bu təklifi əsla qəbul etməyəcəyini söyləməyinə rəğmən, onun adına açılan saxta sosial şəbəkə hesablarındakı intim məzmunlu yazışmaları bəhanə edilərək təhdid edilib. H.Y. "Çox çarəsiz idim, əlimdən bir şey gəlmirdi. Evə gələn kişilərlə yatmadım, ancaq spirtli içki verib, mənə toxunurdular, qarşılığında Y.A.-ya pul verirdilər" deyib.

"ÇILPAQ FOTOLARIMLA TƏHDİD ETDİ"

H.Y. sözlərinə belə davam edib: "Qaçıb, ailəmin yanına sığındım. Ancaq evə gələn adamlarla çılpaq halda çəkilmiş fotolarımla məni təhdid etdi. Yenidən yanına getdim.

Nə düşünürsən?