"Bozbash Pictures" "ağsaqqal"sız qaldı

  • 06.06.2018
  • 0

ATV-də yayımlanan “Laləli saray” serialı bu mövsüm bitir. Axşam.az-ın məlumatına görə, final bölümün çəkilişlərindən görüntülər sosial şəbəkədə paylaşılıb. Həftə içi 4 gün yayımlanan ekran işinin rejissoru Şahin Qəhrəmandır. Serialda əsas rolları Şükufə Yusupova, Elşən Rüstəmov, Vaqif Əsədov, Məsumə Babayeva, Firdovsi Atakişiyev, Günel Məmmədova, Sevinc Əliyeva ifa edirlər. Qeyd edək ki, ATV-də yayımlanan "Vicdan haqqı" da bu mövsüm final edəcək. _____________________________________________________________ Xalq artisti Flora Kərimovanın son günlər sosial şəbəkədə paylaşdığı fotolar müzakirələrə səbəb olub. Axşam.az-ın məlumatına görə, müğənninin fotolarında üzündəki dəyişiklik diqqət çəkib. Bir çoxları Kərimovanın plastik əməliyyat etdirdiyini yazıb. Bəziləri isə şəkillərin fotoşopda çox işləndiyini yazıb. ______________________________________________________ AZAL prezidenti Cahangir Əsgərovun rəqs edərkən lentə alınan videosu yayılıb. Axşam.az-ın məlumatına görə, maraqlı video sosial şəbəkədə paylaşılıb. Görüntü məclislərdən birində lentə alınıb. Qeyd edək ki, video Azpolitika saytının sosial şəbəkə üzərindəki hesablarında yayılıb. Həmin görüntüləri təqdim edirik: _________________________________________________________ Ötən gün aktyor Cavidan Novruz az səs toplayaraq “Maşın” şounu tərk edib. Axşam.az-ın məlumatına görə, yarışmada qalan iştirakçıların əksəriyyəti cavidan üçün tamaşaçılardan səs istəsə də, bu ona kömək olmayıb. C.Novruz səs topladığı təqdirdə aparıcı Aytən Səfərovanı oyundan uzaqlaşdıracağını bildirib. Nəticədə isə 17,98 faiz səs toplayaraq özü şounu tərk etməli olub. Proqramın aparıcısı, xalq artisti Murad Dadaşov cavidanın xanımların qurbanı olduğunu deyib: “Cavidanın bu gün getməsini sabah araşdıracayıq ki, kim günahkardır. Cavidan birinci dəfə şouda iştirak etmək üçün gənc idi, anlamadı. Amma ilk gündən ona bunu çatdırmaq istəyirdim. Əminliklə deyirəm ki, Cavidan xanımların oyununun qurbanı oldu”. ___________________________________________________ Bu gün doğum gününü qeyd edən prodüser Tolik "Gelandewagen" alıb. BAKU.WS-in məlumatına görə, yeni avtomobili ilə şəkil paylaşan prodüser dostlarına təşəkkür edib: "Həyatda gərək sənə dəyər verən dostların olsun və sənin arzularının realaşmasına dəstək olsunlar. Allah hamının ürəyinə görə versin. Mən də xətasız-bəlasız sürüm". ___________________________________________________________ “Bozbash pictures”in aktyoru Azər Baxşəliyevin yeni iş yeri bəlli olub. Axşam.az-ın məlumatına görə, Ağsaqqal obrazı ilə tanınan Azər artıq bir müddətdir “Bozbash picures” komandasından ayrılıb. Aktyor-aparıcı İlkin Həsəni onun toyu ilə əlaqədar işlərinin çox olduğunu, bir müddətdən sonra geri qayıdacağını desə də, A.Baxşəliyev özünə yeni iş tapıb. O, bir müddətdir “M Group” prodakşında çalışır. “Maşın” şounun hazırki buraxılışında yaradıcı heyət arasında onu da görmək mümkündür. Azərin toyu isə mayda olub. ____________________________________________________________ Aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində çoxuşaqlılıqdan danışıb. Axşam.az-ın məlumatına görə, o, çox uşaq dünyaya gətirib, sonra ona baxa bilməyən ailələrə irad bildirib: “Adam var ki, 6 uşağı var, ondan ancaq biri yanındadır. O birilər onun-bunun qapısındadır. Belə uşaq dünyaya gətirib, baxarlar? İnsanın gücü nəyə çatır, o qədər uşaq dünyaya gətirməlidir". Aparıcının sözlərinə əməkdar artist Nahidə Orucova münasibət bildirib. Onun “Elgiz, ona görə bir qızın var?” sualına aparıcı əsəbiləşib. E.Əkbər ona “Mən qocalmışam ki? Yavaş-yavaş yenə uşağım olar" cavabını verib.

Nə düşünürsən?