Məşhur aktyor tanınmaz hala düşüb

  • 06.06.2018
  • 0

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Conni Depp tanınmaz hala düşüb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "The Hollywood Vampires" qrupunun qastrolları çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərinə yollanmış 54 yaşlı aktyorun xarici görünüşü Qərb mediasını narahat edib.

Sankt-Peterburqda fanatlarla çəkdirdiyi fotoları sosial şəbəkələrdə yayılan "kapitan Sərçə Cek" çox pis, ifrat arıqlamış təsir bağışlayır.

Bəziləri, ümumiyyətlə, fotolarda Deppin olmadığını deyirlər.

Aktyorun yeni filmdəki rolu ilə bağlı olaraq arıqladığını, qastrollarda həddən artıq yorularaq üzüldüyünü ehtimal edənlər də var.

Gerçəkdən də, "Richard Says Goodbye" adlı yeni dramediyada Conni Depp ölümcül xəstə olan, həyatının sonuna az qaldığı vaxtda bütün qadağaları unudan professor rolunu oynayır.

Sankt-Peterburqda da Deppin məhz bu obrazda olduğu güman edilir.

Nə düşünürsən?