Erməni prezident bu dəfə tələbələrlə tennis oynadı

  • 06.06.2018
  • 0

Ermənistan prezidenti Armen Sarkisyan bu dəfə medianın diqqət mərkəzində olmaq üçün tələbələrlə tennis oynayıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyan universitetin rektoru və təhsil nazirinin müşayiəti ilə universitetdə olub, idman kompleksini ziyarət edib, daha sonra tələbələrlə söhbətləşib.

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti qızıl mədəninin istismarına etiraz edən ekoloqlarla görüşərək Azərbaycanın “Köçəri” milli rəqsini ifa etmiş, daha sonra xeyriyyə fonduna baş çəkərkən uşaqlar üçün burqer hazırlamışdı. 

Nə düşünürsən?