Bakıda yük maşını qarşısına çıxan DYP avtomobilini əzdi

  • 06.06.2018
  • 0

Dünən Xırdalan şəhərində yol qəzası baş verib.

Milli.Az bildirir ki, oxucuların avtosfer.az-a verdiyi məlumata görə, 01 BM 515 dövlət nömrə nişanlı sudaşıyan maşın 10 YP 627 dövlət nömrə nişanlı DYP maşınını arxadan vurub. Zərbə nəticəsində polis avtomobilinin arxa tərəfi yararsız hala düşüb. DYP əməkdaşlarından xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisinin məsul əməkdaşları gəliblər. İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilinin əyləc sistemində yaranmış problemdir. Lakin şahidlər bildirirlər ki, DYP avtomobilindəki inspektor yük avtomobilinə "saxla" işarəsi verib. Yük maşını dayanmadığı üçün yol polisi əməkdaşı idarə etdiyi avtomobili onun qarşısına sürərək dayandırmağa çalışıb. Bu zaman yük maşınının sürücüsü avtomobili saxlaya bilməyib və DYP maşınını vuraraq əzib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?