Körpəsini öpərək kilsənin qapısına qoydu

  • 06.06.2018
  • 0

Hindistanda üç günlük körpəsinə baxa bilməyəcəyini düşünən ata körpəsini kilsənin bağına qoyarkən kameralara yaxalanıb.

Moderator.az xəbər verir ki, Hindistanın Kerala şəhərində baş verən hadisədə adamın ətrafa göz gəzdirdikdən sonra körpəni öpərək hadisə yerindən uzaqlaşdığı görülüb. Səhər açılan zaman uşağı görən kilsənin təhlükəsizlik əməkdaşları polisə xəbər verib.

Gənc adam çox uşağı olduğu üçün körpəyə baxa bilməyəcəyini düşünərək uşağını tərk etdiyini deyib. Səkkiz, altı və dörd yaşında 3 oğlu olan atanın nəzarətə alındığı açıqlanıb.

Nə düşünürsən?