Qaxda zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib

  • 06.06.2018
  • 0

Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində 6 maqnituda gücündə baş verən zəlzələ Qax rayonunda fəsadlar törədib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Zaqatala ilə sərhəddə yerləşən Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.

Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib. 

Güllük kənd icra nümayəndəsi İlqar Məmmədovun "Report"a verdiyi məlumata görə, idarəyə bəzi tikililərdə çatların əmələ gəlməsi ilə bağlı məlumatlar daxil olub:

"Hazırda gecə saatları olduğu üçün çatların əmələ gəldiyi evlərin dəqiq sayını demək mümkün deyil. Ancaq əhali növbəti təkanların ola biləcəyindən qorxaraq evlərə girə bilmir. Səhər saatlarında daha ətraflı məlumat əldə edəcəyik".

Nə düşünürsən?