Lotu Quli Bakıya niyə gəlib?

  • 05.06.2018
  • 0

Məşhur kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıya gəldiyi barədə məlumat yayılıb. BAKU.WS-in məlumatına görə, avtoritetin sevgilisi olduğu deyilən Afaq Aslan məsələ ilə bağlı Yenicag.az-a açıqlama verib: “Lotu Qulinin Bakıya gəlişinə çox təəccübləndim. Xoş gəlib, səfa gətirib. Öz vətənidir. Bəlkə də sevdiyi xanımı görmək üçün gizlincə gəlib”. “O xanım sənsənmi?” sulaını Afaq gülüşlə cavablandırıb. ************** “Həmişə istəyirdim ki, diqqət mərkəzində olum. Qızlar məni müzakirə etsin. Bütün kişilərin uğurlarını önə aparan, onları ilhamlandıran xanımlardır. Xanımlar olmasaydı maraqsız olardı”. Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Murad Dadaşov “Geriyə baxanda” verilişində deyib. Şoumen xanımlarla bağlı maraqlı açıqlama verib. O bildirib ki, hər kişinin həyatında xanımından başqa da qızlar olmalıdır: “Sevgi başqadır, vurulmaq başqa. Hər zaman vurulmalısan, sənin bir mələyin olmalıdır ki, həmişə baxasan. Bu gün biri, sabah başqası ola bilər. O demək seyil ki, vurulmusan və həyatını pozmalısan. Yox, sadəcə vurğunu olmalısan, səni ruhlandıran xanımlardır. Ümid edirəm ki, yoldaşım bu verilişə baxmayacaq. Vaxtını deyərsiniz, işıqları söndürərəm, ya da deyərəm efirə getmədi. KVN-ə də qızlara görə gəldim. Dedilər ki, orada çoxlu qızlar var”. ************************* Xəbər verdiyimiz kimi, bu gün İTV-nin baş direktoru Balakişi Qasımov yeni təyinatlar həyata keçirib. AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, B. Qasımov tanınmış aparıcı Leyla Quliyevanı (Əliyeva) da vəzifəyə layiq görüb. Bundan sonra bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri L. Quliyeva olacaq. ********************* Bu gün prezident İlham Əliyevin bacısı oğlu Azər Əliyevin doğum günüdür. BAKU.WS-in məlumatına görə, Azər Əliyevin xoş gününü ilə bağlı tele-aparıcı Hacı Nuran paylaşım edib və onu təbrik edib. Sevil Əliyeva da İnstagram hesabında oğlu ilə fotosunu paylaşıb. Azər bu gün 32 yaşını qeyd edir. ************** “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir. ********************************

Nə düşünürsən?