İranda şagirdlərə təcavüz edən müəllimin videosu

  • 05.06.2018
  • 0

İranda son günlər yaşanan və medianın gizlətdiyi fakt sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Femida.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Tehranda yerləşən özəl məktəbin direktor müavini 15 yaşındakı on altı oğlanın başına insanlıqdan kənar oyunlar açıb. Belə ki, Hayeri adlı şəxs, İranda “nazim” deyə təbir olunan tərbiyə işləri üzrə müavin 16 oğlanı içki vasitəsilə təsir altına salıb. Onları bir-birinə qarşı seksual xarakterli hərəkətlər etməyə vadar edib.

1 ilə yaxın davam edən director müavinin əməlləri ötən həftə uşaqlardan birinin hadisəni valideyninə danışması ilə üzə çıxıb. İran sosial şəbəkələrində yayılan məlumatlara görə, müavin 16 oğlanı eyni anda bir-biri ilə sekslə məşğul olmağa vadar edən və bunu izləməkdən zövq alan manyak imiş.

Hadisənin üzə çıxmasından sonra valideynlər etiraza qalxıb, şəxsin cəzalandırılmasını tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılsa da, Hayeri həbs olunmayıb.

İddialara görə, o, İranda hakim qüvvənin kurasiyasında olan mollalardan birinin nəvəsi olduğu üçün azadlıqdadır.