ğlan sevgilisini öldürdü, cəsədini qucaqlayıb daha bir atəş açdı

05.06.2018 | 20 | 0

Oğlan barışıq təklifini rədd edən sevgilisini küçədə öldürüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, 24 yaşlı Pukkapong Chittarom sevgilisi Natchareeya Thaprajit qaldığı yataqxananın qarşısına gələrək ona barışmağı təklif edib. Qızdan rədd cavabı alan oğlan onu əlindəki silahla sinəsindən güllələyib. Natchareeya hadisə yerində keçinib. Oğlan isə öldürdüyü sevgilisini qucaqladıqdan sonra həmin silahla özünü vurub.

Hadisə Taylandın Banqkok vilayətində baş verib. Qızın vurulma anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.

Qeyd edək ki, onlar 5 ildən çox münasibətdə olublar.

Nə düşünürsən?