Gənc müğənninin cəsədi tapıldı

  • 05.06.2018
  • 0

İstanbulda Şile sahilindən dənizə çıxan motorlu qayığın çevrilməsi nəticəsində 2 nəfər boğulub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qayıqda olan digər 3 nəfər sahilə qədər üzməyi bacarıb. 

Ölənlərdən biri tanınmış ifaçıdır. Onurcan Özcan adlı gənc ifaçının itkin düşməsi barədə məlumatı məşhur türk müğənni Fərhat Göçer vermişdi. Onun cəsədi dünən axşam saatlarında tapılıb.

Qeyd edək ki, Onurcanın "Yaramızda Kalsın", "Yalnızlığın Ezgisi", "Çilingir", "Kibrit", "Gülümse Kadın" və "İntihaşk" mahnıları Youtubedə sevilərək izlənilən videolar arasındadır.

Nə düşünürsən?