Sumqayıt maşın bazarında ikinci əl avtomobillər neçəyədir?

  • 04.06.2018
  • 0

Hər həftənin şənbə və bazar günləri Sumqayıtın avtomobil bazarında 1000-ə yaxın yeni və işlənmiş maşınlar satışa çıxarılır. Avtomobillərin qiyməti onun markası və buraxılış ilindən asılı olaraq dəyişir. Satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərin baha olmasından gileylənirlər. Bu da bazarda durğunluğun yaşanmasına gətirib çıxarır. Bazarda satılan maşınların əksəriyyəti Rusiya istehsalı olan avtomobillərdir. Müştərilər əsasən "VAZ-2107" markalı maşınlara maraq göstərirlər. Bazara gələn azsaylı alıcılar da qiymətlərin yüksək olmasından narazıdırlar. Müşahidələrimizdən belə qənaətə gəldik ki, ikinci əl avtomobil bazarında qiymətlər 25-30 faiz artıb. Bahalaşma avtomobillərin bazar qiymətindən asılı olaraq 500 manatdan 2000 manata kimi dəyişir. Tələbat artdıqca qiymət də artır.

Nə düşünürsən?