Xatirə İslam: "Ona qulaq asanda gərək vurasan"

  • 04.06.2018
  • 0

“Miri Yusifə axşamlar qulaq asırlar, 11-dən sonra. Ona qulaq asanda gərək oynayasan, bir az da vurasan".

Publika.az xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı olan müğənni Xatirə İslam deyib. Xatirə İslam daha sonra Əməkdar artistin zövqlü müğənni olduğunu vurğulayıb:

“Musiqi zövqü əladır, gənclər onu çox sevir. Mən Miri Yusifi klub müğənnisi kimi görürəm. Tarkan da klub müğənnisidir. Görmüsünüz ki, Miri Yusif 9-da toyda oxusun? Həmişə 11-dən sonra oxuyur. Depressiyada olanda, düşünmək istəyəndə Miri Yusifə qulaq asmıram, gərək durub oynayasan, bir az vurasan, ayıq olmayasan. Bunlar hamısı zarafatdır. Amma sözümün arxasında dayanıram".

Nə düşünürsən?