İnanılmaz etiraf: Mən 6491-ci ildən gəlmişəm

  • 04.06.2018
  • 0

Ceyms Oliver deyir ki, o, zamanda səyahət etdiyi mexanizmin sıradan çıxması nəticəsində gəldiyi vaxta, 6491-ci ilə qayıda bilmir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Gələcəyə qayıdış" filminin süjetinə bənzəyən bu olayın qəhrəmanının dediyinə görə, Yer planetində qlobal istiləşmə davam edəcək, yaxın illərdə yadplanetlilər aşkarlanacaq.

YouTube-dakı "ApexTV" kanalı Ceyms Oliverin dediklərini yoxlamaq qərarına gəlib.

Yalan detektoru vasitəsilə cavabları yoxlanılan Oliverin sözlərində uydurmalar və ya yalanlar aşkarlanmayıb.

"Yaşadığım planet Günəşdən çox uzaqdadır. Ona görə bura gəlmək həddən artıq vaxt tələb edir. Lakin bizdəki istedadlı riyaziyyatçılar və mühəndislər sayəsində zamanın axınına müdaxilə edə bilmişik. Bizdəki bir saat sizin bir əsrə bərabərdir", - Ceyms Oliver söyləyib.

Nə düşünürsən?