İTV-nin baş direktoru KİMDİR?

  • 01.06.2018
  • 0

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib. Dialoq TVxəbər verir ki, iclasda İTV-nin baş direktoru vəzifəsinə seçki baş tutub. İclasdakı qərara əsasən, Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib. Qeyd edək ki, mayın 11-də İTV açıqlama yayaraq Balakişi Qasımovun İctimai Televiziya və Radio Yayımları şirkətinə baş direktor seçildiyini bəyan edib. Daha sonra isə onun müvəqqəti olaraq təyin olunduğu barədə məlumat verilib.

Nə düşünürsən?