Nadir Röyanın cavabını verdi: "Röya da oğluna müğənni almayacaq"

  • 29.05.2018
  • 0

Əməkdar artist Röya Ayxanla müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanıb. Axşam.az-ın məlumatına görə, Röya bir müddət əvvəl “Necə bizim sənətimizi ucuzlaşdırırsınız? Deməli, mən Röya olmuşam təkliflərə görə? Gic-gic danışırlar. İnciməsinlər Rəqsanə və Nadirin sözü ilə?” sözlərini demişdi. Onun bu sözlərinə Qafarzadə “Xəzər maqazin”ə açıqlamasında cavab verib. O bildirib ki, Röya haqsızdır: “Mənim subyektiv fikirlərim var. Onu heç kimlə bölüşmək istəmirəm. Hər kəs ona hörmətlə yanaşsın. Röya özü də bilir ki, belə şeylər var. Röya adını çəkməmişəm, hamı bilir belə şeylər var. Kimi aldadırıq? Bu, Röyadan, Rəqsanədən gəlməyib. Nə qədər ki, səhnə var, bu, belə də davam edəcək. Mənə elə gəlir ki, Röya da oğluna müğənni almayacaq. Özü çəkdiyi əziyyətləri istəməz ki, oğlu da, gəlini də çəksin”. Nadir ifaçıların sponsorlarından da söz açıb: “Doğrudan da müğənniyə pul buraxan sponsorlar var. Amma dırnaqarası sponsorlar da var. Kor da bilir ki, balıq şordur”.

Nə düşünürsən?