Nərgiz Mütəllimova: “Heç bir kişinin məşuqəsi olmaram”

  • 27.05.2018
  • 0

Xalq artisti Firəngiz Mütəllimova tədbirlərin birinə subay bacısı Nərgiz Mütəllimova ilə birgə qatılıb.


Yenicag.az-ın fotokamerasına poz verən Nərgiz şəxsi həyatı ilə bağlı açıqlamalar verib.


“Qismət, alın yazısı var. Evlilik təklifi edən insanlar çoxdur, amma gərək ürəyimə də yatan ola. Surətpərəstəm, hündürboy, qaragözlü, qaraşın oğlanları xoşlayıram. Sarışın və yaşılgözlü oğlanlar heç vaxt zövqümdə olmayıb. Amma daxili gözəlliyə də üstünlük verirəm. Hər halda, istəmirəm ki, daxili yaxşı, üzdən isə “urod” olsun. Hərdən soruşurlar ki, kasıb oğlanla ailə qurardın? Kasıb deyəndə ki, heç olmasa, arvadını saxlaya bilsin, lap da acından ölməsin. Bir yerdə oturanda deməsin ki, hesabı sən ver. Sevgi təklifləri də alıram. Ömrü boyu heç bir kişinin məşuqəsi olmaram. Məni sevən, dəyərləndirən insan yəqin ki, evlənmək istəyər. Niyə məşuqəsi olum ki?”


Qeyd edək ki, illər öncə müğənni kimi özünü sınayan Nərgiz musiqi müəllimidir. O, “Bacanaqlar” və digər seriallarda aktrisa kimi rol alıb.


Cəvahir

Nə düşünürsən?