Evləri sökülənlər bir araya yığışdı - "Bilmirik ki işi görən kimdir!"

  • 25.05.2018
  • 0

Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısı Amil Xəlil Nərimanov rayonu Baladadaşov küçəsinin sakinlərinin şikayətini dinləyib. Onların tələbi ərazidə aparılan işlərlə bağlıdır. Sakinlər qeyd edib ki, biz köçməyə hazırıq. Onsuzda köçəcəyik . Amma hələ biz köçməmiş söküntü işlərinə başlayıblar.  Az qala divarlar üstümüzə uçsun deyən sakinlər işlərin vaxt daxilində gerçəkləşməsini istəyirlər. "Nə gecəmiz var, nə gündüzümüz. Qazsız , işıqsız qalmışıq..."
Teleaparıcı Amil Xəlil daha sonra işləri görən "Mənzərə" MMC-yə yollanıb. Çox təəssüf ki suallara cavab tapa bilməyib. Daha sonra mmc-nin rəsmi nümayəndəsi Musa adlı şəxslə telefon danışığı baş tutub.O qeyd edib ki qısa zamanda şikayətlərə baxılacaq...

Qeyd edək ki veriliş həftə içi hər gün Space Tv-də yayımlanır...

Nə düşünürsən?