Kim sözünün üstündə durdu, Tramp isə onu hədələdi

  • 25.05.2018
  • 0

Şimali Koreya Xalq-Demokratik Respublikasında ölkənin yeganə məşhur nüvə poliqonu olan Punqeri partladılıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, poliqonun partladılaraq sıradan çıxarılması mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlər və ekspertlər iştirak ediblər.

Poliqon Hamqen-Pukto vilayətindəki Phunqeri bölgəsindədir.

Rəsmi Pxenyan bu poliqonu Koreya yarımadasının nüvə silahından təmizlənməsi anlaşması çərçivəsində sıradan çıxaracağını bəyan etmişdi.

Punqeridəki partlayış zamanı elmi-tədqiqat laboratoriyası, yeraltı tunellər və müxtəlif texniki tikililər məhv edlilib.

Phunqeri poliqonunda 2006-2017-ci illərdə 6 nüvə sınağı keçirilib, habelə termonüvə bombası sınanıb.

ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın lideri Kim Çen Inla görüşü təxirə saldığını deyib.

Görüş iyunun 12-də Sinqapurda olmalı idi.

Donald Tramp bunu Kim Çen Ina yolladığı məktubunda yazıb.

"Əfsuslar olsun ki, son vaxtlar verdiyiniz bəyanatlardakı aşkar düşmənçilik və qəzəbi nəzərə alaraq danışıqların keçirilməsini məqbul saymıram. Bəhs etdiyim səbəbdən də bu məktubu iki ölkənin zirvə görüşünün baş tutmayacağı barədə rəsmi xəbərdarlıq saya bilərsiniz"

Nə düşünürsən?