Bakıda qadın fəryad etdi: "Yalvarıram, mənə kömək edin"

  • 24.05.2018
  • 0

Nəsimi rayonu Kubinka ərazisində tikinti aparan ARÇİKO MMC gözdən birinci qrup əlil olan 34 yaşlı Bəşirova Nişanə xanıma məxsus mülkə ziyan vurub. Hündürmərtəbəli bina üçün katlavan qazarkən onun evi qəzalı vəziyyətə düşmuşdür və hər an uçub dağıla bilər. Nişanə xanım ARÇKO MMC-nin Məhəmməd adlı rəhbərinin qəbuluna getsə də, ona görüşməyə imkan verməyiblər. İşçiləri deyiblər ki, Məhəmməd müəllim tapşırıb ki, o qız nə vaxt bura gəlsə, döyün qovun.
34 yaşlı gözdən birinci qrup əlil Nişanə xanımın ölkə başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya ürəkağrıdan video muraciətini təqdim edirik:"Mehriban xanım, siz də bir anasınız, Sizə yalvarıram mənə kömək edin!"


"Azərbaycan Reallığı" səhifəsi

Nə düşünürsən?