Məktəblini qamışlığa və tualetə saldı,videoya çəkdi – Azərbaycanda iyrənc hadisə

  • 24.05.2018
  • 0

Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Ayxan Məmmədovun (cinayət işində adı keçən təqsirləndirilən və zərərçəkmişlərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Milli.Az xəbər verir ki, Cəlilabad rayonunun Komanlı kəndində anadan olan Ayxan Məmmədov əvvəllər tanıdığı həmkəndlisi Sahib Babayevin (ad və soyad şərti verilib - red.) zorakılığı, şantajı ilə üzləşib.


Cinsi əlaqədə olmaq təklifi


Sahib Babayev təqsirləndirilən Ayxan Məmmədovun yaşadığı evin yaxınlığına gəlib və onu sonuncunun evlərinin arxasında olan "Emil" şadlıq sarayının həyətinə gətirib.


Sahib Babayev Ayxan Məmmədovu şadlıq evinin həyətində yerləşən ayaqyoluna aparıb. Orada Sahib Babayev onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq təklifi edib. Amma Ayxan Məmmədov onun təklifi ilə razılaşmayıb.


Zorakılıq


Bu zaman Sahib Babayev Ayxan Məmmədova zorakılıq hərəkətləri edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.


Daha sonra Sahib Babayev Ayxan Məmmədovla intim münasibətdə olmasını mobil telefonu ilə videoya çəkib. Ayxan Məmmədovu videoya çəkən Sahib Babayev onu şantaj etməyə başlayıb.


Video çəkiliş şantajı


Sahib Babayev Ayxan Məmmədovun barəsində həmin rüsvayedici məlumatı yayacağı ilə hədələyib, ondan 20 manat məbləğində pul verməsini tələb edib.


Daha sonra Sahib Babayev Ayxan Məmmədovla telefon əlaqəsi saxlayıb, eyni hədə ilə yenidən görüşməyi israrla istəyib.


Qisas


Bu zəmində aralarında yaranmış münasibətlərə son qoymaq üçün Ayxan Məmmədov Sahib Babayevlə görüşmək barədə təklifini qəbul edib.


Ayxan Məmmədov 27 fevral 2017-ci il tarixdə, saat 21-də yaşadığı evdən mətbəx bıçağını özü ilə götürüb və Sahib Babayevlə görüşmək üçün onu axtarmağa çıxıb.

Nə düşünürsən?