Hərbi parada hazırlıqlar başladı

  • 23.05.2018
  • 0

Paradda nümayiş etdiriləcək silahlar və hərbi texnika rəsmi şəkildə açıqlanmasa da, Azərbaycan Silahlı Qüvvələrinin yubileyinin yüksək səviyyədə qeyd olunacağı bildirilir. Müdafiə Naziri Zakir Həsənov da bir həftə öncə ordunun yaradılmasının yubileyinin təntənəli tədbirlərlə və yüksək səviyyədə keçiriləcəyinin anonsunu verib. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçiriləcək hərbi parad Azərbaycan ordusunun maddi texniki bazasının və qoşunlarının nümunəvi nümayişi olacaq. Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. milli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi hissənin təsis edildiyi 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Nə düşünürsən?