Qusarda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

  • 22.05.2018
  • 0

Oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, dekabrın 22-də Qusar rayonunun Hil kənd sakini Seyfəddin Rəhmanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.

 

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş həmin kənd sakini Zamir Zalov saxlanılaraq PŞ-yə gətirilib.

 

Dindirilmə zamanı Z.Zalov noyabrın əvvəlində gecə saatlarında həmkəndlisinin evində heç kəsin olmadığı müddətdə pəncərədən evə daxil olduğunu, oradan qızıl-zinət əşyalarını, 50 manat pul və istifadə olunmuş mobil telefon oğurladığını etiraf edib. Həmin əşyaların bir qismi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Nə düşünürsən?