Hafiz Hacıyev: Direktor heç katibəsini də mayalandıra bilmir

  • 21.05.2018
  • 0

"Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev yenidən qalmaqala səbəb olan açıqlamalar verib.


BAKU.WS xəbər verir ki, partiya sədri məmurları tənqid edib. 


"Ötən dəfə Braziliya komandasında 8-9 nəfər Dünya Çempionatında xəyanət etdi və uduzdu. Azərbaycan hökuməti də Braziliya komandasının günündədir. Hökumətdə komanda deyilən anlayış yoxdur. Hamı bir-birini didir. Hamısı bir-birini söyür. Baş nazirin müavini deyir ki, baş nazir işləyə bilmir. Belə biyabırçılıq olar?", - deyə H.Hacıyev bildirib. 


Partiya sədri dövlət qurumlarının tapşırıqlara əməl etmədiklərini bildirib: 


"İcra hakimiyyəti deyir ki, məni Prezident Aparatı işləməyə qoymur. Prezident Aparatından söz deyirlər, icra hakimiyyəti icra etmir. Prezident Aparatının şöbə müdiri söz deyir, Kənd Təsərrüfatı naziri əməl etmir". 


H.Hacıyev sonra Süni Mayalanma Mərkəzinin direktorunun katibəni süni mayalandıra bilməməkdə günahlandırıb: "Prezidentdən 7-8 milyon pul aldılar, Göygöl rayonunda Süni Mayalanma Mərkəzi yaratdılar. Orada Süni Mayalanma Mərkəzinin bir direktorudur, bir də katibəsidir. Direktor heç katibəsini mayalandırıb, bir uşaq da əmələ gətirə bilmir". 


BAKU.WS 

Nə düşünürsən?