700 bal toplamış sumqayıtlı tələbədən abituriyentlərə 7 məsləhət

  • 21.05.2018
  • 0

2008-ci ildə 700 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinə qəbul olan Sumqayıt şəhərində yaşayan Dadaşov Elvin Vaqif oğlu abituriyentlərə dəyərli məsləhətlər verib.
 
Xeberle.com E.Dadaşovun verdiyi 7 məsləhəti sizə təqdim edir:
1) Qəbul olunmaq istədiyiniz universiteti, ixtisası konkretləşdirin və həmin ixtisasda oxuyan tələbələrlə söhbətləşin. Toplamaq istədiyiniz balı bir kənara yazın.
2) Valideynlərdən xahiş edin ki, xüsusilə bir neçə ay, həftə əvvəl imtahan nəticələrinizlə bağlı mənfi rəylər verməsinlər. Valideynlərin söylədikləri mənfi fikirlər abituriyentləri ruhdan salır.
3) Zəif olduğunuz hər hansı bir fənn varsa, son aylarda, həftələrdə gündə 2 saat ona vaxt ayırın.
4) İmtahana bir-iki həftə qalmış hər gün fiziki hərəkətlər edin. Belə olduqda əzələlər açılışır və beynin düşünməsi yaxşılaşır. Xüsusilə də imtahan günü səhəri idman etməyinizi tövsiyə edirəm.
5) İmtahan günü, xüsusilə də kitabçalar paylanılmazdan qabaq müsbət düşünməyinizi məsləhət görürəm.
6) Sualları işləməyə başlayanda mütləq şəkildə ən yaxşı bildiyiniz fəndən başlayın.
7) Özünüzlə karandaş götürün və sualları işlədikcə doğruluğuna əmin olduğunuz cavabları onunla nöqtə kimi qeyd edin. Çalışın ki, ilk iki saatda bütün sualları işləyib bitirəsiniz.

Nə düşünürsən?