21 yaşında 2 dəfə ərə gedən qız: "Atam məni bir butulka arağa satdı "

  • 18.05.2018
  • 0

Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə üz tutan 21 yaşlı qızın həyat hekayəsi hər kəsi dəhşətə gətirib. BiG.AZ xəbər verir ki, Elnarə adlı qız valideynlərinin onu 37 yaşlı bir kişiyə zorla ərə verdiyini iddia edir: "O insan 3 dəfə həbsxana həyatı yaşamışdı. Narkotik maddə aludəçisi idi. Məni döyür, lezva ilə kəsirdi. Valideynlərimin üstünə gələndə isə məni geriyə qaytarırlar, mənə sahib çıxmırlar. Atam məni bir butulka arağa dəyişdi. Hər dəfə döyülüb, ailəmin yanına qayıdanda atam məni bir butulka arağa geri qaytarırdı. Ailəmdən imtina edirəm. Onlar mənə sahib çıxmadılar". BIG AZ ( mənbə A24az)

Nə düşünürsən?