Roza Zərgərlidən Sevil,Sevinc bacıları haqqında ŞOK AÇIQLAMA - "Onları 3-4 minə ...."

  • 18.05.2018
  • 0

Bu gün ATV telekanalında yayımlanan "XL" şounun qonaqları müğənnilər Roza Zərgərli və Vasif Məhərrəmli olub.

GoldNews.az xəbər verir ki, Roza Zərgərli Sevil, Sevinc Səfərova bacıları ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. Müğənni onlara sənətə gəldikləri ilk vaxtlardan dəstək olduğunu bildirib:

"Mən onları ilk dəfə tədbirdə gördüm. Elə oldu ki, 4 ay keçəndən sonra mən bu qızları layihə kimi götürdüm. Biz bacımla əkiz olmuşuq. O, rəhmətə gedib. Onlara bacımın əziz xatirəsi naminə dəstək oldum. Mən onlardan pul qazanmırdım. Məni toylara 10 minə çağıranda getmirdim, qızları yerimə 3-4 minə göndərirdim. Buradan deyirəm ki, əziz bacımın xatirəsinə onlara dəstək oldum. İndi onların belə etməyinə isə ancaq onu deyə bilərəm ki, demək anaları yaxşı tərbiyə verməyib".