Türkiyədə həkim səhvi nəticəsində dodağına pəncərə silikonu vurulan Merve Keleşi müalicə edən azərbaycanlı həkim, kosmetoloq Elnarə Rzayeva maraqlı paylaşım edib.
BAKU.WS-in məlumatına görə, həkim sosial şəbəkədə öz profilində özü-özünə təriflər yağdırıb. Sonradan məlum olub ki, xanım başqa profildən daxil olaraq tərif yazmaq istəyib. Ancaq kiçik bir səhv onu gülünc vəziyyətə salıb.
Kosmetoloqun yazdıqları izləyicilərini bir xeyli təəccübləndirib.